Yasamal Rayon Prokurorluğu jurnalistin döyülərək öldürülməsi haqda iddialara aydınlıq gətirib

Yasamal Rayon Prokurorluğu jurnalistin döyülərək öldürülməsi haqda iddialara aydınlıq gətirib "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayevin ölüm faktına görə, cinayət işi açılmayıb
Hadisə
18 Yanvar , 2016 10:31
Yasamal Rayon Prokurorluğu jurnalistin döyülərək öldürülməsi haqda iddialara aydınlıq gətirib

Bakı. 18 yanvar. REPORT.AZ/ Yasamal Rayon Prokurorluğu "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayevin küçədə döyülərək öldürülməsi haqda iddialara aydınlıq gətirib. 

Rayon Prokurorluğundan "Report"a bildirilib ki, jurnalist S.Mustafayevin döyülərək öldürülməsi haqda iddialar əsassızdır və öz təsdiqini tapmayıb.  

Prokurorluğun məlumatına görə, jurnalistin küçədə huşunu itirərək yıxılması və nəticədə dünyasını dəyişməsi anı yaxınlıqda olan insanların gözü qarşısında baş verib: "Onun döyülərək öldürülməsi iddiası yalandır. Ona görə də jurnalist Sabir Mustafayevin ölüm faktı ilə bağlı cinayət işi açılmayıb".

Qeyd edək ki, hadisə yanvarın 16-da Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib. "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayev qəfildən huşunu itirərək yıxılıb, dünyasını dəyişib. Onun qardaşı Səxavət Mustafayev iddia edir ki, 64 yaşlı qardaşı döyülərək öldürülüb.

Son xəbərlər

Orphus sistemi