​Yarım milyon dollarlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

​Yarım milyon dollarlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib
Hadisə
11 Noyabr , 2015 14:16
​Yarım milyon dollarlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edib.

O, zərərçəkən Eldəniz Axundova zərərin ödənilməsi üçün iki tərəf arasında danışıqlar aparıldığını deyib.

Hakim Azad Məcidov bildirib ki, şahid qismində məhkəmədə ifadə vermək üçün gəlməli olan Emin İsmayıllı məhkəməyə məktub göndərib: "Emin İsmayıllı istintaqda verdiyi ifadəni bizə göndərdiyi məktubda təsdiqləyib. O, məhkəməyə gələ bilmədiyini deyib".

Daha sonra hakim Azərbaycan Dövlət Gömrük Komitəsinə göndərdikləri sorğuya cavab ala bilmədiklərini bildirib: "Onları bir həftə də gözləyək".

Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib.

Xatırladaq ki, "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi