Yardımlıda qisas zəminində güllələnmə hadisəsi baş verib

Yardımlıda qisas zəminində güllələnmə hadisəsi baş verib Gənci keçmiş nişanlı olduğu qızın qardaşı ov tüfəngindən qətlə yetirib
Hadisə
27 İyul , 2015 23:35
Yardımlıda qisas zəminində güllələnmə hadisəsi baş verib

Bakı. 27 iyul. REPORT.AZ/ Yardımlı rayonunda güllələnmə hadisəsi baş verib. “Report” xəbər verir ki, rayonun Perimbel kəndində qeydə alınan hadisənin qisas zəminində baş verdiyi bildirilir.

Belə ki, nişanlı olan gəncin başqa birisi ilə ailə qurması həmin iki ailə arasnda ədavət yaradəb. 3 ildən sonra kəndə qayıdan gənci keçmiş nişanlı olduğu qızın qardaşı ov tüfəngindən qətlə yetirib.

Rayon polis şöbəsində Hadisınin hansı şəraitdə baş verdiyi açıqlanmasada növbətçi hissəsinə məlumat daxil olduğu və əməkdaşların hadisə yerinə çağırıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi