Yardımlıda atasını öldürən şəxsin tələbə olduğu açıqlanıb

Yardımlıda atasını öldürən şəxsin tələbə olduğu açıqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Avqust , 2016 11:43
Yardımlıda atasını öldürən şəxsin tələbə olduğu açıqlanıb

Yardımlı. 23 avqust. REPORT.AZ/ Yardımlı rayonunda atasını öldürən şəxsin tələbə olduğu məlum olub. "Report"un Cənub bürosunun əldə etdiyi məlumata görə, Qaçay Nadir oğlu Şahverənov Quba Dövlət İqtisad Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsidir.

Məlumat üçün bildirək ki, ötən gün rayonun Alar kənd sakini 1999-cu il təvəllüdlü Q.Şahverənov ailə münaqişəsi zəmnində atası Nadir Şahverənovu ov tüfəngi ilə vuraraq öldürüb. Yaralı aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi