​Yardımlıda ağac müəllimin üstünə aşıb

​Yardımlıda ağac müəllimin üstünə aşıb Vəziyyəti ağır olduğundan, yaralı Bakıya göndərilib
Hadisə
13 Noyabr , 2015 23:05
​Yardımlıda ağac müəllimin üstünə aşıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Yardımlı rayonunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Kürəkçi kənd sakini, 1986-cı il təvəllüdlü Bəhruz Arzuman oğlu Ağaşov meşədə odun qırarkən ağac üstünə aşıb.

Zərərçəkən sağ ayağının əzilmiş, geniş ölçüdə cırılmış və daban sümüklərinin dağılmış xəsarətləri ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada ona ilk tibbi yardım göstərildikdən sonra o, yaraları ciddi olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib. Lakin yolda Bəhruz Ağaşovun halı pisləşdiyindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra o, yenidən Bakıya göndərilib.

Qeyd edək ki, Bəhruz Ağaşov Kürəkçi kənd məktəbində hərb müəllimi işləyir.

Son xəbərlər

Orphus sistemi