Yardımlı sakininin evindən külli miqdarda pul və qızıl əşyalar oğurlanıb

Yardımlı sakininin evindən külli miqdarda pul və qızıl əşyalar oğurlanıb Oğurluqda şübhəli bilinən Mirqasım Qədirov tutularaq istintaqa cəlb edilib
Hadisə
6 Oktyabr , 2016 12:11
Yardımlı sakininin evindən külli miqdarda pul və qızıl əşyalar oğurlanıb

Yardımlı. 6 oktyabr. REPORT.AZ/ Yardımlı rayonunda oğurluq hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, sentyabrın 25-də naməlum şəxs və ya şəxslər tərəfindən rayon sakini Nizami Əlişovun evindən 5 700 manat pul və qızıl əşyaları oğurlanıb.
Yardımlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Mirqasım Qədirov tutularaq istintaqa cəlb edilib. 

Faktla bağlı Yardımlı RPŞ-də araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi