​Bakıda və Masallıda ev yanıb

​Bakıda və Masallıda ev yanıb Hər iki halda xəsarət alan olmayıb
Hadisə
6 Yanvar , 2015 04:29
​Bakıda və Masallıda ev yanıb
Bakı. 6 yanvar. REPORT.AZ/ Masallı rayonunun Qızılavar kəndində vətəndaşa məxsus birmərtəbəli, 3 otaqlı kürsülü evin, 2 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər yanğın hadisəsi Bakının Binəqədi rayonunda qeydə alınıb. Paytaxt sakininə məxsus evin dam örtüyünün yanar konstruksiyaları və 4 ədəd plastik pəncərə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hər iki halda xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi