Yanan binanın ətrafındakı binaların üzlükləri sökülür

Yanan binanın ətrafındakı binaların üzlükləri sökülür "Binəqədi ərazisində üzlükləri sökülən binanların sayı bəlli deyil"
Hadisə
21 May , 2015 11:20
Yanan binanın ətrafındakı binaların üzlükləri sökülür

Bakı. 21 may. REPORT.AZ/ "Bakının Binəqədi rayonunda yanan binanın ətrafındakı binaların üzlükləri sökülür". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

O bildirib ki, Binəqədi ərazisində üzlükləri sökülən binaların sayı bəlli deyil: "Ekspert hansı binanın üzlüklərinin sökülməsi ilə bağlı qərar verirsə, o binanın da üzü sökülür".

Qeyd edək ki, hazırda 30, 18, 24 saylı binaların üzlüyü sökülür.

Son xəbərlər

Orphus sistemi