Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər tutulub

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər tutulub Onlar Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
Hadisə
14 Mart , 2015 12:12
Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər tutulub

Bakı. 14 mart. REPORT.AZ/ Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul vermək istəyən sürücü tutulub. 

“Report” Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yerləşən “Murad Petrol” yanacaqdoldurma məntəqəsinə “Mercedes” markalı avtomobildə gələn Bakı şəhər sakini Orxan Məmmədov və onun sərnişini, Yevlax şəhər sakini Müşfiq Hüseynov yanacaq doldurduqdan sonra növbə rəisi Rac Dadaşova 1 ədəd 10 manatlıq saxta əskinas verib. Hər iki şəxs ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 28-ci Polis Bölməsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi