​Yanacaqdoldurma məntəqəsinə saxta əsginas verib qaçan şəxs tutulub

​Yanacaqdoldurma məntəqəsinə saxta əsginas verib qaçan şəxs tutulub Həmin şəxsin avtomobil qaçırdığı da məlum olub
Hadisə
20 May , 2016 13:28
​Yanacaqdoldurma məntəqəsinə saxta əsginas verib qaçan şəxs tutulub

Bakı. 20 may. REPORT.AZ/ İsmayıllı rayonunda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, bu il martın 20-də İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində operator işləyən şəhər sakini Asif Mirzəzadə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək martın 18-də “VAZ-21015” markalı avtomobilin naməlum sərnişininin saxta 50 manatlıq əsginas verərək 10 manatlıq yanacaq doldurmasını və ona 40 manat pul qaytarmasını bildirib.

İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Asim Süleymanov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 19-da rayon sakini R.Nuriyevə məxsus “VAZ-21011” markalı avtomobili qaçırması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi