Yanacaqdoldurma məntəqəsinə saxta 100 manatlıq əsginas verən şəxs tutulub

Yanacaqdoldurma məntəqəsinə saxta 100 manatlıq əsginas verən şəxs tutulub Faktla əlaqədar cinayət işi başlanıb
Hadisə
15 Dekabr , 2015 13:00
Yanacaqdoldurma məntəqəsinə saxta 100 manatlıq əsginas verən şəxs tutulub

Bakı. 15 dekabr. REPOR.AZ/ Azərbaycanda yanacaqdoldurma məntəqəsinə saxta 100 manatlıq əsginas verən şəxs tutulub. "Report" xəbər verir ki, hadisə dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsinə qeydə alınıb. 

Yanacaqdoldurma məntəqəsinə gələn "VAZ-2106" markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əsginasın saxta olması müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginası verən Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi