​DİN: "Azpetrol" yanacaqdoldurma məntəqəsində dava salan şəxslər saxlanılıb

​DİN: "Azpetrol" yanacaqdoldurma məntəqəsində dava salan şəxslər saxlanılıb Hazırda müvafiq araşdırmalar aparılır
Hadisə
27 Yanvar , 2016 11:36
​DİN: Azpetrol yanacaqdoldurma məntəqəsində dava salan şəxslər saxlanılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki baş verən insidentə münasibət bildirib. DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq deyib ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanıblar.

Hazırda müvafiq araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi