Xəzər rayonunda taksofon oğruları tutulub

Xəzər rayonunda taksofon oğruları tutulub Saxlanılan şəxslər istintaqa təqdim olunub
Hadisə
24 Sentyabr , 2014 17:25
Xəzər rayonunda taksofon oğruları tutulub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda taksofon oğruları tutulub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Əməliyyatı Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşları həyata keçirib. Sentyabrın 22-nə keçən gecə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində Bakı Telefon Qovşağına məxsus “TT-885” tipli taksofon oğurlayan Bakı şəhər sakinləri Ziya Heybətov, Samir Quliyev və Orxan Hüseynov saxlanılaraq istintaqa təqdim olunublar. Faktla bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi