Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib

Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib Yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb
Hadisə
9 Sentyabr , 2014 10:23
Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakı. 9 sentyabr.REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, 1971-ci il təvəllüdlü Mirzəyev Şahin Zaur oğlu N.Tusi 19/96 ünvanında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb və vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb. Ş.Mirzəyevi bıçaqlayan şəxsin axtarışları davam edir.

Son xəbərlər

Orphus sistemi