Xızıda yol-nəqliyat hadisəsi: 1 ölü, 5 yaralı

Xızıda yol-nəqliyat hadisəsi: 1 ölü, 5 yaralı Xızı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır
Hadisə
8 Avqust , 2016 12:55
Xızıda yol-nəqliyat hadisəsi: 1 ölü, 5 yaralı

Bakı. 8 avqust. REPORT.AZ/ Xızı rayonunda yol-nəqliyat hadisəsi baş verib, 5 nəfər yaralanıb, bir nəfər ölüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, avqustun 7-də saat 19 radələrində Xızı rayonunun Şuraabad kəndində kənd sakinləri Nəriman Quliyevin və Elşən Nağızadənin idarə etdikləri “VAZ” markalı vtomobillər toqquşub. Nəticədə hər iki sürücü, habelə N.Quliyevin sərnişini, həmkəndlisi Rəşad Bayramov, E.Nağızadənin isə 2 sərnişini xəstəxanaya yerləşdirilib, R.Bayramov orada ölüb.

Xızı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi