Xırdalanda ev sahibini və oğlunu döyərək külli miqdarda oğurluq etmiş şəxslər tutulub

Xırdalanda ev sahibini və oğlunu döyərək külli miqdarda oğurluq etmiş şəxslər tutulub Basqında iştirak edən digər şəxs isə müəyyən edilib
Hadisə
22 Yanvar , 2016 12:13
Xırdalanda ev sahibini və oğlunu döyərək külli miqdarda oğurluq etmiş şəxslər tutulub

Bakı. 22 yanvar. REPORT.AZ/ Xırdalanda evdən oğurluq edən şəxslər tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Xırdalan şəhərində yaşayan Cabir Nəbiyevin evinə girib onu və oğlu Ələsgəri döyərək oradan 650 manat və 17 560 manat dəyərində qızıl və gümüş əşyalar aparan Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulub, digər şəxs isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi