Xırdalanda 20 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub

Xırdalanda 20 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub O, 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
7 Sentyabr , 2016 17:47
Xırdalanda 20 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Mahmudovun cinayət işi üzə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Məhkəmənin hökmü ilə M.Mahmudov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 20 yaşlı Bilal Paşa oğlu Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub. Zərərçəkmiş ifadəsində küçə ilə hərəkətdə olan zaman naməlum şəxslərin ona yaxınlaşdığını və bıçaqla hədələyərək pul tələb etdiklərini bildirib. Bilal Məmmədov pul vermədiyinə görə həmin şəxslər tərəfindən bıçaqlandığını deyib. Hadisəni törədən 25 yaşlı Mehman Mövlud oğlu Mahmudov isə bir neçə saat sonra Abşeron Rayon Polis İdarəsinə könüllü təslim olub.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi