Xırdalanda 12 mərtəbəli yaşayış binasında yanğın olub

Xırdalanda 12 mərtəbəli yaşayış binasında yanğın olub 30 sakin təxliyə olunub
Hadisə
21 Dekabr , 2014 01:18
Xırdalanda 12 mərtəbəli yaşayış binasında yanğın olub

Abşeron rayonu, Xırdalan şəhərində ötən axşam yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın 12 mərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın 1-ci mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 36 p.m yanıb. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi