Xilasedicilər Bakıda 2 azyaşlı uşağı xilas ediblər

Xilasedicilər Bakıda 2 azyaşlı uşağı xilas ediblər 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
Hadisə
26 Dekabr , 2014 05:24
Xilasedicilər Bakıda 2 azyaşlı uşağı xilas ediblər

Bakı. 26 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb ediliblər. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas edib və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 03:38-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi