​Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

​Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb Meyit Azərbaycana gətiriləcək
Hadisə
20 Aprel , 2016 08:33
​Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, bu il aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bu barədə “Report”a Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi