Bakı. 5 may. REPORT.AZ/ Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən xəbərə görə, təkanlar yerli vaxtla bu gün saat 13:04-də Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3,1, dərinliyi 48 km olan zəlzələ hiss olunmayıb.