Xəzərin Azərbaycan sahillərində batan 2 nəfərin cəsədi sudan çıxarılıb - YENİLƏNİB

Xəzərin Azərbaycan sahillərində batan 2 nəfərin cəsədi sudan çıxarılıb - YENİLƏNİB Onlardan biri kişi, biri qadındır
Hadisə
20 İyul , 2016 20:40
Xəzərin Azərbaycan sahillərində batan 2 nəfərin cəsədi sudan çıxarılıb - YENİLƏNİB

Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Xəzər dənizinin Azərbaycan sahillərində batan 3 nəfərdən daha birinin cəsədi tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda küləkli havada dənizdə çimərkən naməlum səbəbdən batmış 1995-ci il təvəllüdlü Rza Rafiq oğlu Bayramovun cəsəsdi dalğıc-xilasedicilər tərəfindən batdığı yerdən 30 metr aralıdan tapılıb və sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

*** 18:38

Xəzər dənizinin Azərbaycan sahillərində 3 nəfər batıb. 

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 

Dənizdən 25-26 yaşında olan naməlum qadın cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Digər batanların axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi