Xəzərdən “Günəşli” yatağındakı qəzada itkin düşən neftçilərdən birinin olduğu ehtimal edilən meyit tapılıb

Xəzərdən “Günəşli” yatağındakı qəzada itkin düşən neftçilərdən birinin olduğu ehtimal edilən meyit tapılıb Meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb
Hadisə
3 Aprel , 2016 10:54
Xəzərdən “Günəşli” yatağındakı qəzada itkin düşən neftçilərdən birinin olduğu ehtimal edilən meyit tapılıb

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Xəzər dənizinin Türkmənistan sahillərində ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinə məxsus olduğu ehtimal edilən meyit tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.

Meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi