Bakı. 23 yanvar. REPORT.AZ/ Dünən Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar yerli vaxtla axşam 20:30-da Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3, dərinliyi 19 km olan zəlzələ hiss olunmayıb.