Xəzərdə yanan Rusiya gəmisində bir nəfər ölüb

Xəzərdə yanan Rusiya gəmisində bir nəfər ölüb Yanğın başlayanadək gəmidə 11 heyət üzvü olub
Hadisə
23 Aprel , 2016 21:38
Xəzərdə yanan Rusiya gəmisində bir nəfər ölüb

Bakı. 23 Aprel. REPORT.AZ/ Həştərxan vilayətində Rusiya Federasiyası İstintaq Komitəsinin (RİK) nəqliyyatda Cənub İstintaq İdarəsi orqanları Xəzər dənizində “Palflot 2” tankerində yanğın faktı üzrə istintaqaqədərki yoxlamalara başlayıb.

“Report” xəbər verir ki, bu barədə RİK-nin Cənub İstintaq İdarəsinin məlumatında bildirilir.

“Xəzər dənizində Azərbaycan Respublikası ilə sərhəddə, sahildən 110 km məsafədə, Həştərxan şəhərindən 800 km. aralıda Bakıdan Türkmənistanın “Alaca” limanna gedən Rusiyanın yüksüz “Palflot 2” tankerində yanğın baş verib”, — deyə məlumatda bildirilir.

Qeyd edilir ki, yanğın baş verənədək gəmidə 11 heyət üzvü olub, nəticədə onlardan 1 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi