​Xəzərdə çimərkən boğulan iki nəfər xilas edilib

​Xəzərdə çimərkən boğulan iki nəfər xilas edilib Hadisə yerlərinə xilasedicilər cəlb olunub
Hadisə
14 Avqust , 2016 17:44
​Xəzərdə çimərkən boğulan iki nəfər xilas edilib

Bakı. 14 avqust. REPORT.AZ/ Bakının Xəzər rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerlərinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi