​Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunub

​Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunub Xilasedicilər hadisə yerlərinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar
Hadisə
14 Avqust , 2016 20:26
​Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunub

Bakı. 14 avqust. REPORT.AZ/ Xəzər dənizində boğulmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Xəzər rayonunda 5 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal xidmətin xilasediciləri hadisə yerlərinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 19:45-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi