​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib Hadisə Suraxanı rayonu ərazisində baş verib
Hadisə
7 İyun , 2015 17:06
​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

Bakı. 07 İyun. REPORT.AZ/ Bu gün günorta saatlarında Suraxanı rayonu ərazisində bədbəxt hadisənin qarşısı alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 15:15-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi