​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib

​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib Hər iki hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib
Hadisə
31 İyul , 2016 20:00
​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib

Bakı. 31 iyul. REPORT.AZ/ Abşeron çimərliyində batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat daxil olub.

Hər iki hadisə Bakının Xəzər rayonu ərazisində 18:15 və 18:55 radələrində qeydə alınıb. Batmaq təhlükəsi ilə üzləşmiş şəxslər dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.

Son xəbərlər

Orphus sistemi