​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib

​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib Hadisə Pirşağı çimərliyində baş verib
Hadisə
27 İyun , 2015 22:27
​Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib

Bakı. 27 İyun. REPORT.AZ/ Axşam saatlarında Bakının Xəzər rayonunda dənizdə 3 nəfər batmaq təhlükəsi ilə üzləşib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, hadisə “Pirşağı” sularda xilasetmə məntəqəsindən təxminən, 1500 metr məsafədə, nəzarət olunmayan ərazidə qeydə alınıb.

Sözügədən şəxslər nazirliyin sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 20:15-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi