Bakı. 17 Avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarında Xaçmaz rayonu, Müqtədır qəsəbəsində 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
“Report”
2000-ci il təvəllüdlü Abbasov Kamran Tofiq oğlunun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti bir neçə saatdan sonra “Şimal” Dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.