Xəzər rayonunda qadına qarşı soyğunçuluq törədilib

Xəzər rayonunda qadına qarşı soyğunçuluq törədilib Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır
Hadisə
28 Sentyabr , 2016 11:37
Xəzər rayonunda qadına qarşı soyğunçuluq törədilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Xəzər rayonunda qadına qarşı soyğunçuluq əməli törədilib.

Bu barədə "Report"a Xəzər Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. 

İdarənin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mehriban Fərəcovaya məxsus mobil telefonu zor tətbiq edərək almaqda təqsirləndirilən Şağan qəsəbə sakini 45 yaşlı Marks Eminov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi