Bakı. 5 oktyabr. REPORT.AZ/ Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 12:21:25-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 4.1, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.