Bakı. 23 aprel. REPORT.AZ/ Rusiya Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində Türkmənistanın ərazi sularında yanan Rusiya gəmisinin söndürülməsinə cəlb edilməyəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in Cənub Regional Mərkəzindən bildirilib.
Məlumata görə, xilas edilən ekipaj üzvlərinin sayı daha əvvəl xəbər verildiyi kimi 18 yox, 10-dur. Bir mexanik isə həyatını itirib.
Evakuasiya edilmiş bütün dənizçilər Həştərxana çatdırılacaq.