Xəzər dənizində Rusiyaya məxsus "PALFLOT 2" gəmisində yanğın baş verib

Xəzər dənizində Rusiyaya məxsus "PALFLOT 2" gəmisində yanğın baş verib Azərbaycan FHN-nin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi hadisə yerinə cəlb edilib
Hadisə
23 Aprel , 2016 10:24
Xəzər dənizində Rusiyaya məxsus PALFLOT 2 gəmisində yanğın baş verib

Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.

Məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi