Xətai rayonunda yanğın olub, ev sahibinin yanmış meyiti aşkarlanıb

Xətai rayonunda yanğın olub, ev sahibinin yanmış meyiti aşkarlanıb Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
25 Noyabr , 2014 10:02
Xətai rayonunda yanğın olub, ev sahibinin yanmış meyiti aşkarlanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birotaqlı mənzildə yanğın hadisəsi olub. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürənlər hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi 1938-ci il təvəllüdlü Koleknikov Viktor Vladimiroviçin yanmış meyitini aşkar edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi