Xəstəxanada olan neftçilərin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

Xəstəxanada olan neftçilərin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb "Bu gün iki nəfər evə buraxılacaq"
Hadisə
8 Dekabr , 2015 11:27
Xəstəxanada olan neftçilərin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlardan xəstələrin hamısının vəziyyəti stabildir". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev deyib.

Onun sözlərinə görə, qəza baş verdiyi gün 8 nəfər, dünən isə 5 nəfər xəstəxanaya müraciət edib: "Ümumilikdə hazırda xəstəxanada 13 xəstə var. Bu gün iki nəfər evə buraxılacaq. 1970-ci il təvəllüdlü Abbasov Mais, 1968-cil il təvəllüdlü Əliyev Ənvər müayinəyə buraxılacaq. Bundan başqa, xəstələr daimi psixoloq müayinəsindən keçirilir".

Son xəbərlər

Orphus sistemi