​Xədicə İsmayılın kassasiya şikayətinə iyunun 28-də baxılacaq

​Xədicə İsmayılın kassasiya şikayətinə iyunun 28-də baxılacaq Prosesə hakim Gülzar Rzayeva sədrlik edəcək
Hadisə
14 İyun , 2016 11:52
​Xədicə İsmayılın kassasiya şikayətinə iyunun 28-də baxılacaq

Bakı. 14 iyun. REPORT.AZ/ Jurnalist Xədicə İsmayılın kassasiya şikayəti əsasında keçiriləcək məhkəmə prosesinin vaxtı açıqlanıb.

"Report"un xəbərinə görə, X.İsmayılın vəkili Fariz Namazlı bildirib ki, Xədicə İsmayılın Cinayət Məcəlləsinin (CM) 147.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qərarından verdiyi kassasiya şikayətinə iyunun 28-də Ali Məhkəmədə baxılacaq.

Prosesə hakim Gülzar Rzayeva sədrlik edəcək.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib. Mayın 25-də Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi