Xaçmazda ailə üzvlərini ölümlə hədələyən şəxs tutulub

Xaçmazda ailə üzvlərini ölümlə hədələyən şəxs tutulub Ailə başçısı həyat yoldaşını ölümlə hədələdiyi üçün həbs edilib
Hadisə
1 Sentyabr , 2014 14:14
Xaçmazda ailə üzvlərini ölümlə hədələyən şəxs tutulub
Bakı. 1 sentyabr.REPORT.AZ/ Azərbaycanın Xaçmaz rayonunda ailə üzvlərini öldürmək hədəsi ilə onların üstünə silah çəkən şəxs saxlanılıb. Bu barədə Report-a Xaçmaz rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Belə ki, rayonun Yaqub-oba kənd sakini Bihi Butayeva RPŞ-yə ərizə ilə müraciət edərək əri Cəbrayıl Butayevin onu və oğlu Rövşəni ov tüfəngi ilə öldürməklə hədələdiyini bildirib.

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan C.Butayev saxlanılıb. Axtarış zamanı ondan müvafiq sənədləri olmayan ov tüfəngi də aşkar edilərək götürülüb. Hadisə ilə bağlı polis şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi