Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.
Hadisə
28 Mart , 2024 10:13
Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi