Beyləqanda 18 yaşlı gənc kanalda batıb

Beyləqanda 18 yaşlı gənc kanalda batıb Əmrah Məmmədovun cəsədi batdığı yerdən 15 metr aralıda tapılıb
Hadisə
15 İyul , 2015 14:47
Beyləqanda 18 yaşlı gənc kanalda batıb

Bakı. 15 iyul. REPORT.AZ/ Xan qızı kanalının Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü, Məmmədov Əmrah Adəm oğlunun suda batması ilə bağlı məlumat daxil olub. Hadisə yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralı, nəzarətsiz ərazidə baş verib. 

Məlumatda qeyd edilib ki, Ə.Məmmədovun cəsədi batdığı yerdən 15 metr aralıda, "Səlyan" dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb, sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi