​Xalq artistinin keçmiş ərinin evində qətl törədən qadının məhkəməsi qapalı keçirilib

​Xalq artistinin keçmiş ərinin evində qətl törədən qadının məhkəməsi qapalı keçirilib Şahid Akif Abdullayev ifadə verib
Hadisə
17 Sentyabr , 2015 13:12
​Xalq artistinin keçmiş ərinin evində qətl törədən qadının məhkəməsi qapalı keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində Sabir Qurbanovu qətlə yetirən Yelena Maxrovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

"Report"un məlumatına görə, məhkəmə qapalı şəraitdə keçirilib.

Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Akif Abdullayev ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Xatırladaq ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, S.Qurbanov (o, əvvəllər məhkum olunub) və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Y.Maxrova X.İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.

Y.Maxrova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi