​Xalq artistinin keçmiş ərinin evində qətl törədən qadının apellyasiya şikayətinə baxılıb

​Xalq artistinin keçmiş ərinin evində qətl törədən qadının apellyasiya şikayətinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
16 Noyabr , 2015 10:46
​Xalq artistinin keçmiş ərinin evində qətl törədən qadının apellyasiya şikayətinə baxılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində Sabir Qurbanovu qətlə yetirməkdə təqsirləndirilən Maxrova Yelena Vyaçeslavovnanın barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş Sənan Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Maxrova Yelena Vyaçeslavovna Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.

Sentyabrın 22-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində Y.Maxrova barəsində olan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. O, 10 il müddətinə azadlıqdan məhrum olunub. 

Son xəbərlər

Orphus sistemi