Xalik Məmmədov: "Xəsarət alan neftçilərin beşi iş yerlərinə dönüb"

Xalik Məmmədov: "Xəsarət alan neftçilərin beşi iş yerlərinə dönüb" Müalicə olunan şəxslərə xəstəlik kağızına əsasən yardımlar ediləcək
Hadisə
29 Dekabr , 2015 10:53
Xalik Məmmədov: Xəsarət alan neftçilərin beşi iş yerlərinə dönüb

Bakı. 29 dekabr. REPORT.AZ/ "Günəşli" yatağında baş verən qəzada xəsarət alan və xəstəxanada müalicə olunan neftçilərin hamısı evə buraxılıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib.

SOCAR rəsmisinin sözlərinə görə, artıq işçilərdən bir neçəsi işə qayıdıb: "Onlardan artıq 5-i öz iş yerlərinə dönüb. Müalicə olunan şəxslərə xəstəlik kağızına əsasən yardımlar ediləcək".

Son xəbərlər

Orphus sistemi