Xaçmazda yanında silah olan meyit tapılıb

Xaçmazda yanında silah olan meyit tapılıb Onun intihar etdiyi ehtimal olunur
Hadisə
18 Noyabr , 2015 10:48
Xaçmazda yanında silah olan meyit tapılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunun Baraxum kənd sakininin meyiti öz bağında tapılıb. “Report”un xəbərinə görə, 1979-cu il təvəllüdlü Elçin Arzumanovun meyiti tapılarkən yanında tüfəng də olub.

Hadisə yerinə Xaçmaz Rayon Prokurorluğunun əməkdaşları gəlib. Onun intihar etdiyi ehtimal olunur.

Ölümün dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi