​Xaçmazda qətl törədən şəxslərin məhkəməsi başlayıb

​Xaçmazda qətl törədən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası mayın 13-nə təyin edilib
Hadisə
3 May , 2016 10:16
​Xaçmazda qətl törədən şəxslərin məhkəməsi başlayıb

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxlərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il oktyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur.

Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.

Son xəbərlər

Orphus sistemi