Xaçmazda narkotik vasitələrin dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.
Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.
Qeyd olunan faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.