Xaçmazda mikroavtobus yanıb

Xaçmazda mikroavtobus yanıb Hadisə Arzu qəsəbəsində baş verib
Hadisə
1 İyun , 2015 01:26
Xaçmazda mikroavtobus yanıb

Bakı. 1 İyun. REPORT.AZ/ Xaçmaz rayonunun Arzu qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "QAZEL" markalı mikroavtobusun mühərrik hissəsi və salonu qismən yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:02-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi