​Xaçmazda ev yanıb

​Xaçmazda ev yanıb 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin aynabəndi və içərisində olan ev əşyaları yanıb
Hadisə
3 İyun , 2016 08:48
​Xaçmazda ev yanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Xaspoladoba kəndində qeydə alınıb.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin aynabəndi və içərisində olan ev əşyaları 70 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi