Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Xaçmaz-Xudat avtomobil yolunun 38 km-də, Palçıqoba kəndinin ərazisindən keçən hissədə 27-BG-892 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə 27-BC-850 dövlət nömrə nişanlı "VAZ 2101" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan "VAZ-21011" avtomobilinin sürücüsü, Xacmaz rayonunun Uzunoba kənd sakini Cəlal Buxsay oğlu Ağayev xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Hadisə nəticəsində daha 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.